Dünyanın ilk “sualtı təyyarəsi” istehsal olunacaq

Dünyanın ilk “sualtı təyyarəsi” istehsal olunacaq

ABŞ-ın "Virgin Atlantic Airlines" şirkətinin sahibi Riçard Branson okeanın dərinliklərinə enə biləcək "dənizaltı təyyarə" istehsal edəcəyini bildirib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, o, Kaliforniya ştatında təşkil etdiyi mətbuat konfransında 5,5 metr uzunluğundakı "təyyarə"nin okeanın təxminən 11 min metr dərinliyinə enə biləcəyini ifadə edib.

 

"Virgin Oceanic" adı verilən layihəyə görə, qarşıdakı iki il ərzində 5 sınaq keçiriləcək. İlk sınaq bu ilin sonlarında Sakit okeanındakı 10 min 971 metr dərinliyindəki Mariana çökəkliyində baş tutacaq. İkinci sınaq isə Atlantik okeanındakı 8 min 605 metrlik Porto-Riko çökəkliyində reallaşdırılacaq. "Dənizaltı təyyarə"nın enəcəyi digər nöqtələr Şimal Buzlu okeanındakı Molloy və Hind okeanındakı Diamnatina çökəklikləridir.

 

"Necker Nymph" adlı hərbi sualtının gəminin texnologiyasına oxşar bir quruluşa sahib olacaq olan vasitənin 4,5 metr uzunluğunda karbon fiber qanadları olacaq. Hamının daha çox şeyi kəşf etməyə can atdıqlarını deyən Branson okeanların dərinliklərində daha əvvəllər heç bilinməyən, insanların faydası üçün istifadə edilə biləcək canlılarla qarşılaşacağına ümid etdiklərini qeyd edib. O, layihənin xərcinin 10 milyon dollar olacağını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə