İKT Modeli - beynəlxalq təhsil layihəsi"nin təqdimatı keçirilib

İKT Modeli - beynəlxalq təhsil layihəsi"nin təqdimatı keçirilib
Bu gün "İKT Modeli - beynəlxalq təhsil layihəsi"nin təqdimatı və proqramının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbir "İKT Modeli" layihəsi İslam Konfransı Təşkilatının Gənclər Forumunun (DƏİKGF) təşkilatçılığı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diplomatik Akademiya və Bakı Dövlət Unuversitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

Tədbirdə İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Azərbaycan Respublikasının Prezident Administirasiyası Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirirnin müavini İntiqam Babayev, Azərbaycan Diplomatiya Akademiyasının İcraçı dekanı Fariz İsmayılzadə və digərləri iştirak ediblər.

İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun baş katibi Elşad İsgəndərov tədbiri açaraq proqramın detalları haqqında geniş məlumat verib. E.İsgəngərovun sözlərinə görə, "İKT Modeli" (OİC Model) layihəsinin analoqu kimi təsis olunsa da, İKT tarix və sturukturunun, bu qurumun həyata keçirdiyi proqramın nəzdində alınacaqdır". Baş katibin söylədiyinə görə, DƏ-İKGF-nin əsas məqsədlərindən biri İKT modelini proqramını həyata keçirməklə İKT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, ölkənin müxtəlif qurumları və beynəlxalq təşkilatlarda işləmək istəyən gənclərin idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Tədbirdə söz alan Azərbaycan Respublikasının Prezident Administirasiyası Siyasi Təhlil və İnformasiya Təminatı Şöbəsinin müdiri Elnur Aslanovun dediyinə görə, Azərbaycanda bu layihənin həyata keçirilməsi çox önəmlidir: "Layihənin milli mərhələsində Bakı ali məktəblərin 100-dən artıq tələbəsinin iştirakı, onların 6 həftə ərzində İKT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyaları ilə tanış olacaqları nəzərdə tutulur".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun fikrincə, gənclərin rolu çox olmalıdır və onlar bizim dayaq nöqtəmizdir. X.Xələfovun əlavəsinə görə, Azərbaycan gənci unutmamalıdır ki, onun Dağlıq Qarabağ kimi böyük problemi var.

Qeyd edək ki, tədbirin sonunda qonaqlar öz fikir və rəylərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə