Dəvələr torpağın ağ olduğundan təəccübləniblər

Dəvələr torpağın ağ olduğundan təəccübləniblər

Səudiyyə Ərəbistanı qarla örtülüb. SİA yerli sakinlərin sosial şəbəkələrdə paylaşdıqları şəkillərə və videogörüntülərə istinadən xəbər verir ki, Ərəbistanda güclü qar yağması 12 yanvar bazar gününə təsadüf edib.

Video görüntülərdən birində bu havaya alışmayan bir-iki dəvənin davranışları təəccüb döğurub. Əslində isə, heyvanların ətrafa baxaraq və ətrafdakıların ağ olduğundan təəccübləndiyi bəlli olur.

Turistlər çadır qurmaq və bu nadir hadisədən ləzzət almaq üçün Cabal əl-Lauz dağına toplaşmağa başlayıblar.
Meteoroloqların proqnozlarına görə, qarın ardınca dolu və yağış yağacağı gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə