Aaron Smith adlı 23 yaşlı tələbə və həvəskar arxeoloq İngiltərənin Yorkşir bölgəsindəki Uitbi çimərliklərində təxminən 185 milyon il yaşı olan əşya tapıb. SİA mirfactov.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Aaron Smithin sözlərinə görə tapdığı minerallar, kürə şəkillidir.
Məlumatda qeyd olunur ki, piritlə örtülmüş bu parlaq dəyirmi daşların içərisində qızıla bənzər bir mineral olan spiral şəklində bir neçə qalıq tapıb. Məlum olub ki, bunlar Yura dövründə mövcud olan nəsli kəsilmiş sefalopodlardır.
Həvəskar arxeoloq iddia edir ki, bu cür “qızıl”a bənzər tapıntılar bu sahə üçün nadir deyil.
Görüntülərdə Smitin daşı necə yumşaq bir şəkildə açdığı və 185 milyon yaşı olan spiral formalı ammoniti nümayiş etdirdiyi göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB