Yeni il yarmarkaları dekabrın son günlərinə qədər fəaliyyət göstərəcək REPORTAJ
Yeni ilə sayılı günlər qalıb. Hər tərəfdə yeni il ab-havası hiss edilir, şəhərimiz şam ağacları, işıqlarla bəzədilib. Yəqin ki, çoxlarımızın evində yolkalar qurulur, bayrama hazırlıq işləri davam etdirlir. Bayramla əlaqədar paytaxtın müxtəlif yerlərində müvəqqəti yarmarkalar, eləcə də hədiyyələrin satıldığı məkanlar fəaliyyətə başlayıb. Biz də sözügedən məkanlarda olduq və qiymətlərə maraqlandıq.
Hər il olduğu kimi, bu ildə şəhərin bəzi yerlərində təşkil olunmuş yarmarkalarda şam ağacları, oyuncaqlar, suvenirlər, yumşaq oyuncaqlar, əl işləri kimi bir sıra oyuncaqlar satılır. SİA-nın əməkdaşı olaraq biz də sözügedən əraziyə yollandıq və şam ağaclarının, oyuncaqların qiyməti ilə maraqlandıq.
Satıcı Şamxal Həsənovun sözlərinə görə, yarmarka dekabr ayının 5-dən fəaliyyətə başlayıb və bayramın son günlərinə qədər fəaliyyət göstərəcəyini bildirdib. Satıcı qeyd edib ki, yarmarkaya tələbat çox güclüdür. Bunu yarmarkanın digər yerlərə nisbətən daha ucuz olması ilə əlaqələndirib. Yeni ilin əsas atributlarından olan yolkanın qiymətini öyrəndik, satıcı satışda təbii yolkanın olmadığını, əvəzində daha çox tələbat olunan süni yolkaların olduğunu və qiymətlərin 30-azndən 110-aznə kimi dəyişdiyini bildirib.

Satıcı Ələsgər Qəbərovun sözlərinə görə, yolka oyuncaqlarının qiyməti isə 2 manatdan8 manat arası dəyişdiyini və gələn il siçan ili olduğuna üçün yumşaq oyuncaqlar arasında daha çox bu heyvanı almağa üstünlük verildiyini söyləyib. Bu oyuncaqların qiymətləri isə 3-25 manat arası dəyişir. Sahibkarın sözlərinə görə, suvenirlərin qiyməti nisbətən bahalıdır və ən ucuz suvenirin 30 manatdan başadığını qeyd edib. Həmçinin bunlarla yanaşı təbii əl işlərinin olduğunu və müştərilərin bu mallara maraq göstərdiyini diqqətə çatdırıb.

Yarmarkada alıcıların fikirlərini də öyrəndik.

Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi Sədiyev Rüfət yarmarkanın qiymətlərindən razı olduğunu və yeni il hədiyyələrini burdan almağa üstünlük verdiyini bildirdi.

Digər alıcı Əlyar Həsənov təbii yolkaya üstünlük verdiyini və evində də təbii yolka qurduğunu bildirib. Yarmarkanın təşkilindən, qiymətlərdən razı olduğunu, bu cür yarmarkaların hər il təşkil olunması alıcılar tərəfindən müsbət qarşılandığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB