Etoniyada sürət həddini pozan sürücü avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli olacaq
Estoniya polisi avtomobil yollarında sürət rejimini pozan sürücülərlə mübarizədə eksperimental üsulun tətbiqinə başlayıb.
SİA xəbər verir ki, sürət həddini aşdığı üçün yolda polis tərəfindən saxlanılan sürücülərə cəriməyə alternativ cəza təklif olunur. Sürücü 400 avro cərimə ödəməmək üçün avtomobilini yol kənarında 1 saat saxlamaqla gözləməli, daha sonra yoluna davam etməlidir. Bunu şərti olaraq “sakitləşdirici tənəffüs” adlandırıblar.
Estoniya polisi bu təcrübənin effektivliyini görərsə müvafiq cəza növünün qanunda əks olunacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB