ABŞ-ın Elmin İnkişafına Dəstək Assosiasiyasının ekspertləri hesablayıblar ki, son illər Günəş fəallığının artması irimiqyaslı maqnit qasırğasına səbəb ola bilər ki, bu da dünyaya 2 trilyon dollara başa gələcəkdir.
SİA-nın xəbərinə görə, ABŞ, Böyük Britaniya və İsveçdə kosmik havanı müşahidə edən elmi təsisatlar artıq dünyanı yüksək hazırlıq vəziyyətində olmağa çağırıb. Günəş qasırğaları ifrat qaynar ionlaşmış qaz tullantıları ilə başlayır. Sürətlə hərəkət edən yüklənmiş hissəciklər seli Yer atmosferinə çatanda radiotezlikli diapazona təsir edən elektromaqnit titrəyişlər əmələ gətirir.
Nəticədə mobil rabitə pozulur, mülki aviasiyada istifadə olunan elektronikada qısaqapanma, nasazlıqlar yaranır. Daha güclü qasırğalar isə Yer orbitindəki peyklərin fəaliyyətini bir neçə saatlığa dayandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB