Almaniyada donuz alveri dayandırılıb. SİA-nın məlumatına görə, monitorinqlər zamanı satılan donuzlarda dioksin maddəsi aşkar edilib. Buna baxmayaraq, donuz əti məhsullarının satışında hər hansı bir geriləmə müşahidə olunmayıb. Ekspertlərin fikrincə, Almaniyanın istehsal etdiyi ət məhsulları arasında donuz əti Avropada xüsusi diqqətlə qarşılanırdı, çünki donuz əti hər zaman əsas ət tələbatlarından biri olub. Ekspertlər onu da qeyd edib ki, dioksin maddəsinin aşkarlanması ət məhsullarının ümumi satışına ciddi surətdə təsir edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB