Şanxayda dünyanın ən böyük Sərgi Mərkəzi tikiləcək

Şanxayda dünyanın ən böyük Sərgi Mərkəzi tikiləcək
Dünyanın ən böyük Sərgi Mərkəzi yaxın illərdə Şanxayda tikiləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tikinti 3.5 milyard dollar məbləğində qiymətləndirilir.

Mərkəzin tikintisinə cari ilin sonunda start veriləcək. Yerli mənbələrə görə, sərgi mərkəzinin sahəsi 500 min kvadrat metr təşkil edəcək. Tikinti ən azı iki ildən sonra yəni 2013-2014-cü illərdə istismara veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə