Türkiyənin Ədirnə böləsində, Meriç çayının kənarında aşkar edilən canlı görənləri təəccübləndirib. SİA-nın məlumatına görə, təxminən 80 santimetr uzunluğu olan gəmiricinin çəkisinin 5 kq olduğu bildirilib.
Meriç Qum sexinin rəisi Əhməd Yılmaz bildirib ki, səhər saatlarında işə gəldiyi zaman böyük bir məməlini itlərin qovduğunu görüb. Onun sözlərinə görə, itlərdən biri siçana bənzər məməlini dişləyərək öldürüb: "Dünən səhər erkən saatlarda işə gələrkən itlərin bir məxluqu qovduğunu gördüm. Maraqla yaxınlaşdım. Qəribədir ki, itlər çox yanına yaxınlaşa bilmirdi. Mən yanına çatanda artıq itlərdən biri onu dişləyərək öldürmüşdü. Cəsədə diqqətlə baxdım, amma bu mənim tanımadığım növ idi, belə bir heyvanın varlığını nə görmüşdüm, nə də eşitmişdim. Xarici görünüşündən eynilə siçana bənzəyən cəsədin çəkisi təxminən 5 kiloqram, böyüklüyü isə 80 santimetr idi. İlk baxışdan qorxu yaradan bu heyvan bir uşağı yeyə biləcək böyüklükdə idi. Ona görə də, aidiyyəti qurumlardan bunu araşdırmasını xahiş etmişik".
Qeyd edək ki, görənləri təəccübləndirən nəhəng siçanın əslində su meymunu olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB