Dünya xalqlarının mədəniyyətində çörək çox vacib funksiyanı yerinə yetirir. Qida növü olmaqla yanaşı, çörək həm də bolluğun, zəhmətin və rifahın simvolu kimi də qəbul olunur. Xüsusən, Şərq xalqlarının mədəniyyətində çörəkdən gündəlik qida və müəyyən simvolik mərasimlərdə geniş istifadə olunur. Buna baxmayaraq, statistika onu göstərir ki, düyüdən geniş istifadə olunan Çin kimi ölkədə belə çörəyin fərqli assortimenti mövcuddur.
Avropada çörəkdən adambaşına ən çox istifadə edən ölkələrin reytinqi ilə tanış olaq:
10. İtaliya – adambaşına ildə 51,7 kiloqram
İtaliyanın bu reytinqdə dünya 10-cusu olması ilk növbədə pizzadan geniş istifadə olunması ilə bağlıdır. Belə ki, pizzanın əsas elementi məhz buğda unudur.
9. Rusiya – adambaşına ildə 54,8 kiloqram
Rusiyada da çörəkdən istifadə ənənəsi geniş yayılıb. Bu dövlətin tərkibində çoxsaylı Qafqaz xalqlarının olduğunu nəzərə alsaq, statistika ümumiyyətlə bizi təəccübləndirməli deyil.
8. Belçika – adambaşına ildə 55,3 kiloqram
Şirniyyatları ilə dünyada məşhur olan Belçikada sakinlər bulkadan istifadə etməyi xüsusilə çox sevirlər. Yəni italyanlarda pizza olduğu kimi, belçikalılarda da bulka onları buğda unundan geniş istifadə etməyə sövq edir.
7. Almaniya – adambaşına ildə 55,7 kiloqram
Pivə və kolbasaları ilə dünyada məşhur olan almanlar çörək məmulatlarına da çox meyl salırlar. Belə ki, istər arpa, istər buğda, istərsə də qarğıdalı unundan hazırlanmış çörəklər mağazalarda çox satılır.
6. Fransa – adambaşına ildə 57,1 kiloqram
Fransa dünyada kulinariyanın əsas mərkəzi sayılır. Təsadüfi deyil ki, çörəklər arasında da fransızların məşhur baqeti populyardır.
5. Hollandiya - adambaşına ildə 62,1 kiloqram
Bu Qərbi Avropa ölkəsinin çörəyi də çox yüksək qiymətləndirilir. Hollandlar çörəyə şəkər və əlavə inqredientlər qataraq, onu daha dadlı edirlər.
4. Yunanıstan – adambaşına ildə 68 kiloqram
Qərb fəlsəfəsinin vətəni sayılan Yunanıstan da çörəkdən çox istifadə edən ölkədir. Bu çörək sevgisi onları dünyanın 4-cüsü edib.
3. Ukrayna – adambaşına ildə 88,9 kiloqram
Münbit və məhsuldar torpaqları ilə məşhur olan Ukraynada çörəyə böyük dəyər verilir. Məhz bu amilə görə ukraynalıların ilk "üçlük”də yer alması təəccüblü görünməməlidir.
2. Bolqarıstan – adambaşına ildə 95,2 kiloqram
Bolqarıstanda çörək sevgisi 5 əsr əsarətləri altında olduqları Osmanlı İmperiyasından qalıb. Sadə bolqar ailəsində çörək hər səhər, günorta və axşam süfrənin başında olmalıdır.
1. Türkiyə - adambaşına ildə 104,3 kiloqram
Reytinqin favoriti Türkiyədə çörək müqəddəslik simvoludur və çoxsaylı çeşidlərə malikdir. Türklərdə çörək sevgisi o qədər güclüdür ki, buna görə onlar hətta Ginnesin Rekordlar Kitabına da düşüblər.(Modern.az)
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



