20 dərəcə şaxtada uzunmüddətli futbol rekordu

20 dərəcə şaxtada uzunmüddətli futbol rekordu

Rusiyanın futbol üzrə 2018-ci ilin dünya çempionatına ev sahibliyi etməsi hüququ qazanmasına dəstək olaraq 2013-cü il Universiadasının gələcək paytaxtı Kazan şəhərində uzunmüddətli və kütləviliyi ilə rekord hesab olunan futbol qarşılaşması start götürüb.

SİA-nın xəbərinə görə, təxminən 20 dərəcəyə çatan şaxtaya və çovğuna baxmayaraq Kazanın "Sentralnı" stadionunda səhər saat səkkizdən "Qərb" və "Şərq" komandaları arasında 33 saat 33 dəqiqə davam edəcək futbol marafonu başlayıb. "Qərb" komandasının tərkibində Tatarıstan hökumətinin yığması, "Şərq" komandasında isə Kazan meriyasının yığması futbol meydançasına çıxıblar.

"Futbol rekordu–2013" plakatları, Rusiya, Tatarıstan və Universiadanın bayraqları ilə bəzədilmiş "Sentralnı" stadionu şəhər sakinləri ilə doludur. Qarşılaşma fasiləsiz davam edəcək, yalnız hər 45 dəqiqədən bir komandaların heyətləri əvəzlənəcəkdir. Ümumilikdə görüşdə 82 komanda və yaxud 1,2 mindən çox futbolçu – tələbələr, məktəblilər, uşaq-gənclər idman klublarının üzvləri, Universiadanın könüllüləri, məmurlar iştirak edəcəklər.

İdman məktəblərinin 12 yaşlı üzvləri - qızlardan ibarət iki qrup da futbol qarşılaşmasında iştirak etmək arzusunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə