Astara sakininin alnında “Allah” kəlməsi yazılıb

Astara sakininin alnında “Allah” kəlməsi yazılıb

Astara sakininin alnında "Allah" kəlməsi yazılıb. SİA-nın cənub bürosunun məlumatına görə, 47 yaşlı Rais Məhərrəmov Astara rayonunun Siyəkü kəndində yaşayır. 3 uşaq atası olan Rais bənnadır. Son zamanlar usta onu tanıyanlar üçün maraqlı bir şəxsiyyətə çevrilib. Ona görə yox ki, o sənətində hər hansı bir yenilik edib. Xeyr! Maraq doğuran odur ki, 2 aya yaxındır ki, Raisin alnında "Allah" kəlməsi peydə olub.

Raisin sözlərinə görə, alnındakı bu yazıdan 2 ay öncə xəbər tutsa da,1 il əvvəl başında uzunmüddətli, şiddətli ağrılar hiss edib. Hətta ağrılar o qədər şiddətli olub ki, ağrının qarşısını almaqda dərmanlar da kömək etməyib. Bu ağrılar indi də arabir müşahidə olunmaqdadır. Amma bənna hesab etmir ki, bu həmin sözün təsiri ilə bağlıdır. Çünkü yazıya baxan din xadimlərinin əksəriyyəti bu yazının anadangəlmə olduğunu hesab edir.

Bu yazıdan sonra isə Rais Məhərrəmov 47 yaşından namaz qılmağa başlayıb və inanır ki, tezliklə ailəsinin digər üzvləri də Allaha olan borclarını, İslam dininin ən vacib əməllərindən birinin icrasına başlayacaq. Rais söhbət əsnasında onu da bildirib ki, ən böyük arzusu gələcəkdə Həcc ziyarətində olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə