Türkiyənin Rize şəhərində səkkiz il əvvəl su yerinə qaynar yağı içən 10 yaşındakı Mustafa Bayraq mədəsinə bağlanan cihaz vasitəsiylə maye ilə qidalanır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 75 dəfə əməliyyat keçirən Bayrağın 76-cı əməliyyatı müvəffəqiyyətli keçsə,yemək yeyə biləcək.
Çox çətin dövr keçirdiklərini bildirən Bayrağın anası oğlunun belə vəziyyətə düşməsində özünü günahkar bilir: "Oğulum məndən su istədi. Əllərim çirkli olduğu üçün yuyub vermək istədim. O vaxt yağ həll edicini içib. Dərhal həkimə apardıq. Bu müddətin ardından uzun bir əməliyyat dövrü keçirdik. Oğulum 75 dəfə əməliyyat keçirdi. Yemək borusunun yarısı alındı. Ən sonda mədəsinə cihaz bağlandı və son dörd ildir maye ilə qidalanır. Yalnız su içə bilir. Onun yemək yediyini görməyi çox istərdim. 75 əməliyyat üçün varımı yoxumu satdım. Əlimdə qalanların da hamısını satmağa hazıram. Yetər ki, oğlum nizamlı qidalana bilsin.'
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB