Paris Zərbxanası 100 min avro dəyərində 29 yeni qızıl sikkə buraxıb. SİA-nın xəbərinə görə, sikkələrin üzərində Hindistanın məşhur Tac-Mahal mavzoleyi təsvir olunmuş, onun günbəzi isə "Kartye" firmasının istehsalı olan 50 brilyantla bəzədilib.
Numizmatlar üçün son dərəcə dəyərli olan bu eksponatın çəkisi bir kiloqramdır.
Paris Zərbxanasının beynəlxalq məsələlər üzrə rəhbəri Tom Jene bildirib ki, məqsəd adı bir neçə il əvvəl Böyük Çin səddi (Çin), Kolizey (İtaliya), Maçu-Pikçu (Peru), İsa Məsih abidəsi (Braziliya), Petra (İordaniya) və Çiçen-İtsa (Meksika) ilə birlikdə "dünyanın yeddi yeni möcüzəsi" siyahısına salınmış bu abidənin şöhrətini əbədiləşdirmək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB