Paytaxtda “İKT-nin aktual problemləri” I Elmi Seminarı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Koreya İnformasiya Texnologiyaları Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə "İKT-nin aktual problemləri" I Elmi Seminarı keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, tədbirdə Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Lee Ji Ha, Koreya Milli Mühəndislik Akademiyasının üzvü, doktor Jonghee Lee, Pro DVD şirkətinin prezidenti David Hu, Elektronika və Telekommunikasiya Araşdırmalar Mərkəzinin mühəndisi, doktor Tae Woon Kang, Yunitek şirkətinin rəhbəri Hoonmin Lee, alim və mütəxəssislər iştirak edibər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasının dövlətin prioritet istiqamətlərindən olduğunu bildirib. Azərbaycanla Cənubi Koreya arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirən alim İKT sahəsində də birgə layihələrin həyata keçirildiyini və bu layihələrdə AMEA-nın müvafiq institutlarının, o cümlədən İTİ-nin yaxından iştirak etdiyini söyləyib: "Birgə elmi araşdırmaların həyata keçirilməsi beynəlxalq təcrübədən bəhrələnmək baxımından əhəmiyyətlidir. Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində biliklər iqtisadiyyatının bərqərar olmasında İT sahəsində böyük nüfuza malik Koreya mütəxəssislərinin təcrübəsindən bəhrələnmək zəruridir".
Cənubi Koreyada ilk dəfə İKT sahəsində əsas uğurlara 1990-cı illərdə imza atıldığını söyləyən Lee Ji Ha hazırda ölkədə sürətli İnternet infrastrukturunun yaradıldığını, İnternet istifadəçilərinin sayının artdığını vurğulayıb. Cənubi Koreyanın İKT sahəsində yüksək inkişaf səviyyəsinə nail olduğunu bildirən səfir Azərbaycanda formalaşan informasiya cəmiyyəti istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri, Azərbaycanın İT siyasətini yüksək qiymətləndirib. O, İKT sahəsində Cənubi Koreyanın Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişləndiyini və bunun hər iki ölkə üçün faydalı olduğunu qeyd edbi.
Tədbirdə Koreya Milli Mühəndislik Akademiyasının üzvü doktor Jonghee Lee "Koreyanın elmi və texnoloji inkişafı üçün İT siyasəti", İTİ-nin şöbə müdiri Qəzənfər Orucov "AMEA İnformasiya Texnologiyaları İnstitutunda reallaşdırılmış GİS layihələri", şöbə müdiri Yadigar İmamverdiyev "Biometrik texnologiyalar sahəsində elmi-tədqiqatların vəziyyəti", doktor Tae Woon Kang "Yeni nəsil şəbəkələri" və başqaları müxtəlif mövzulu məruzlərlə çıxış edib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində rəy və təkliflər bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB