“Forbes” dünyanın ən güclü liderlərini seçdi

“Forbes” dünyanın ən güclü liderlərini seçdi

Məşhur iqtisadiyyat jurnalı "Forbes" 2010-cu il üçün dünyanın ən güclü liderlərini seçib. SİA-nın məlumatına görə, ilk yerdə Çin prezidenti Hu Çintau qərarlaşıb.

 

Siyahıda ABŞ prezidenti Barak Obama ikinci, Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləziz üçüncü yerdədir. "Milyonçuların jurnalı" olaraq da tanınan "Forbes"in açıqladığı siyahıda Rusiya Federasiyasının baş naziri Vladimir Putin dördüncü, Roma papası XVI Benedikt beşinci, Almaniya baş naziri Angela Merkel altıncı olub. Rusiya prezidenti Dmitri Medvedev isə 12-ci ən güclü lider olaraq müəyyən olunub.

 

Siyasi adlarla yanaşı siyahıda iş adamları və dünyanın bir nömrəli terrorçusu adlandırılan "Əl-Qaidə" lideri Üsamə bin Laden də yer alıb. "Microsoft"un qurucusu Bill Qeyts 10-cu, "Apple"nin rəhbəri Steve Cobs 17-ci, "Google" qurucuları Sergey Brin və Larri Peyc 22-ci, Üsamə bin Laden isə siyahıda 57-ci sırada yerləşib.

 

Siyahıda ümumilikdə 68 şəxsin adı verilib. "Forbes" adların seçilməsində dünyanı öz iradələri ilə istiqamətləndmək bacarığının xüsusi rol oynadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə