Tərk edilmiş şəhərlər

Dünyada onlarla tərk edilmiş şəhər var. Bəziləri turistlər üçün açıqdır, bəziləri isə təhlükəsizlik və digər səbəblərlə əlaqədar tamamilə bağlanılıb. Həmin şəhərlər ya iqtisadi mənbələrin tükənməsi, ya da müharibələr nəticəsində dağıldığı üçün tərk edilib. SİA-nın məlumatına görə, Türkiyənin "Zaman" qəzeti belə şəhərlər haqqında məlumat verib. Onlar arasında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın qədim şəhəri olan Ağdamın da adı çəkilir. Həmin şəhərlər aşağıdakılardır:

 

1. Balestrino, İtaliya.

 

Toskana bölgəsində olan bu tərk edilmiş şəhər əsrlərdir ki, eyni şəkildə durur. 1100-cü illərdə San Petro şahzadəsi Benedikt tərəfindən qurulan şəhər tarixi binaları və qalaları ilə orta əsrlərdən qalma bir görüntü sərgiləyir.

 

2. Kolmanskop, Namibiya

 

Namibiyanın cənubunda Lüderitz limanından bir neçə kilometr uzaqlıqda yerləşən şəhər 1900-cü illərində əvvəlində almaz tapmaq və asan yolla zəngin olmaq iddiasında olan insanların buraya axın etməsi nəticəsində çölün ortasında böyük qumarxanaları, xəstəxanası, bahalı evləri, hovuzları olan, bir sözlə insan tərəfindən yaradılan bir cənnət idi. Qalıqları ilə hələ də ayaqda duran Kolmanskop indi isə tərk edilmiş şəhərdir. Şəhərə gələn turistlər dizlərinə qədər qumun içində irəliləyərək evləri gəzə bilirlər. 2000-ci ilin istehsalı "The King his Alive" və 1993-cü ilin istehsalı "Dust Devil" filmləri maraqlı havasına görə burada çəkilib.

 

3. San Zi, Tayvan

 

Şəhər Tayvanın şimalında yerləşir. Yüksək gəlirli təbəqə üçün lüks bir istirahət mərkəzi kimi nəzərdə tutularaq tikilən San Zi inşaat işləri zamanı maraqlı bir şəkildə meydana gələn ölümcül qəzalara görə tamamlanmayıb. İnşaat işlərinin yarımçıq qalmasının digər bir səbəbi də ölən işçilərin ruhlarının San Zidə gəzməsi ilə bağlı söz-söhbətlərin yayılması idi. Şəhərin tikintisi üçün maliyyə vəsaitin az olması, işləyənlərin istəksizliyi də şəhər tikintisinin yarımçıq qalmasına səbəb oldu.

 

4. Kraco, İtaliya

 

İtalyanın Basilikata bölgəsində yerləşən və orta əsrlər şəhəri olan Kraco olduqca sıldırım bir yerdə tikilib. Ətrafında olduqca məhsuldar torpaqları var. Müdafiə məqsədilə Toronto körfəzindən 40 kilometr uzaqlıqda tikilən şəhərin 1891-ci ildə sayı 2000-ə qədər olan əhalisi sonradan quraqlıq, zəlzələ və müharibələrə görə azaldı. Son sakinlərin də 1963-cü ildə köçməsi nəticəsində şəhər bu gün çürüməsi üçün tərk edilmiş bir vəziyyətdədir.

 

5. Oradur-sur-Qlane, Fransa

 

Fransanın Oradur-sur-Qlane qəsəbəsi dillə deyilə bilməyəcək bir dəhşətə səhnə olub. İkinci Dünya Müharibəsində "SS" təşkilatına aid alman əsgərləri qəsəbədə 642 adamı öldürüblər. Bu qorxunc hadisə əslində bir "səhv" nəticəsində baş verib. Yaxınlıqdakı Oradur-sur-Vayres qəsəbəsini hədəfə alan, lakin səhvən Oradur-sur-Qlaneni işğal edən əsgərlər hər kəsi öldürüblər. Sonralar bir qədər uzaqlıqda yenidən tikilən Oradur-sur-Qlane köhnə qəsəbədə həyatını itirənlərin xatirəsi olduğu kimi qorunur. Yanan evlərdə qalan qol saatları, yanğın zamanı istidən əriyən şüşə və müxtəlif əşyalar, eyni zamanda pullar olduğu kimi saxlanılır.

 

6. Kovlon Valled Sity, Çin

 

Kovlon Valled City Çinin İngiltərənin idarəçiliyi altında olarkən Honkonqun yaxınlığında tikilib və divarlarla əhatələnib. İkinci Dünya Müharibəsində Yaponiya tərəfindən işğal olunsa da, ölkənin məğlub olması ilə geri alınıb. Nə Çinin nə də İngiltərənin tabeliyində olmaq istəməyən Kovlon, müstəqil və qanunsuz bir şəhər halına gəldi. Tikilən binalar o qədər yüksəlmişdi ki, gün işığı alt mərtəbələrə çatmadığı üçün şəhər gecə-gündüz lampalarla işıqlandırılmağa başlanılıb. Qumarxanalar, narkotika emalatxanaları və mağazaları, it əti verən restoranlar və qanundan kənar istehsal müəssisələri olan şəhər 1993-cü ildə İngiltərə və Çin hökumətlərinin birgə qərarı ilə boşaldıldı və qismən yıxıldı.

 

2. Bağlı Maraş, Kipr

 

1974-cü ilin əvvəlində Aralıq dənizinin ən məşhur turist mərkəzlərindən biri olan Maraş, 1974-cü ilin 13 Avqustunda İkinci Kipr Hərəkatı zamanı Türkiyə Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Şəhərə hal-hazırda Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən nəzarət edilir. Maraş Kipr adasını ikiyə ayıran "Yaşıl xətt" zonasındadır. Şəhərdə BMT-yə aid bir bina var. Annan planına görə Bağlı Maraş Kiprin yunan hissəsinin nəzarətinə verilməli idi. Ancaq keçirilən referendumda Annan planının Kipr türkləri tərəfindən qəbul edilməsinə baxmayaraq, Kipr yunanları planı rədd etdi və şəhərin yunan tərəfinə verilməsi baş tutmadı. Turistlər şəhərdə yalnız Maraş İkon Kilsəsini zirayət edə bilirlər.

 

8. Qulaq, Rusiya

 

Qulaq milyonlarla siyasi məhbusun olduğu böyük düşərgə idi. İnsan əli ilə yaradılan cəhənnəm adlandırılan Qulaqda olan çoxlu sayda həbsxananın bu gün heç birindən istifadə edilmir.

 

9. Ağdam, Azərbaycan

 

Bir zamanlar 150 minlik əhalisi ilə sürətlə inkişaf etməkdə olan bir Azərbaycan şəhəridir. 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub. Heç bir zaman gərgin döyüşlərin baş verməməsinə baxmayaraq erməni vandalizmi nəticəsində olduqca böyük zərər görən və dağıntılara məruz qalan şəhərdəki binalardan tək möhkəm olanı keçən müddət ərzində divarları mamırlarla örtülən bir məsciddir.

 

10. Yaşima, Yaponiya

 

Hönsü adasındakı şəhər 1980-ci illərdə investorlar tərəfindən turist mərkəzi kimi tikilib. Ancaq iqtisadi çətinliklərin yaşandığı illər bir-birini əvəz etdiyindən şəhərdəki otellər və mağazalar bağlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə