Kompüterlərə olan tələbat 20 faizə kimi yüksəlib

Kompüterlərə olan tələbat 20 faizə kimi yüksəlib
İlin əvvəlindən mobil kompüterlərə olan tələbat 20 faizə kimi yüksəlib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Ultra İT-şirkətinin biznesin inkişafı və inteqrasiya üzrə direktoru Məhəmməd Zülfüqarlı deyib. Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı nəticəsində ölkə əhalisinin kompüterlərə olan marağı artıb. Həmçinin mobil kompüterlərə, o cümlədən də noutbuk və netbuklara olan istehlakçı marağının artması bu sahədəki marağın artdığını deməyə əsas verir. Onun sözlərinə görə, əvvəl noutbukların bazarda paylarının nisbəti müvafiq olaraq 70-30 faiz təşkil edirdisə, indi mobil kompüterlərin bazardakı payı 50 faizədək artıb. Bütün bunlar əhalinin intelektual səviyyəsindən xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə