İnternet istifadəçilərinin sayı 2 milyardı keçəcək

İnternet istifadəçilərinin sayı 2 milyardı keçəcək
Cari ildə dünya üzrə internet istifadəçilərinin sayı iki milyardı keçəcək ki, bu Yer Kürəsi əhalisinin üçdə bir hissəsi deməkdir. SİA-nın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının yeni hesabatında bildirilir. Hesabata əsasən 2010-cu ildə Qlobal Şəbəkədə qeydə alınan 226 milyon yeni istifadəçinin 162 milyonu inkişaf edən ölkələrdə yaşayır və bu regionlardan istifadəçi artımı daim yüksəlməkdədir.

Lakin ilin sonuna kimi inkişaf etmiş ölkələrin ümumi əhalisinin 71 faizi internetə qoşulacaq, inkişaf edən ölkələrdə isə bu göstərici cəmi 21 faiz təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə