Pekində metro xəttində ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar rəsmi şəkildə istifadəyə verilib.
SİA-nın verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
“Yanfan” yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometr olmaqla, Yanşan və Fanşan rayonlarını birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür.
Çində istehsal edilmiş qatarın maksimal sürəti saatda 80 kilometrdir.
Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB