İsveçdə məktəbəqədər tərbiyə müəssisələrinin çatışmazlığı Borlenge şəhərinin hakimiyyət orqanlarını qeyri-adi qərar qəbul etməyə vadar edib. SİA-nın məlumatına görə, şəhərdə səyyar uşaq bağçası yaradılıb.
İki il əvvəl İsveçdə uşaq bağçasına növbələr elə həddə çatıb ki, məmurlar təcili surətdə yaranmış vəziyyətdən çıxış yolu axtarmağa başlayıblar.
Nəhayət, avtobusda uşaq bağçası yaratmaq qərara alınıb. "Bal arısı" adlanan avtobusun salonunda uşaqlar üçün hər şərait yaradılıb. Hər gün səhər 9-da adi uşaq bağçasından yola düşən avtobus uşaqları yaxınlıqdakı məktəblərdən birinin həyətindən götürüb səyahətə başlayır. Havadan asılı olaraq uşaqlar ya yolda, ya da çəmənlikdə nahar edirlər. Mobil uşaq bağçası valideynlər arasında çox populyardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB