Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib çatır. Müasir zamanın tələbləri qeyri- normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız demək olar gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. Bu məqalədə sizə saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edirik:
Beləliklə, 1 -ci üsul.
Nikotin turşusu(B3 vitamini, PP vitamini, nikosinamid) bir çox saça baxım vasitələrinin tərkibində vardır. Bu maddə, uzanmanın güclənməsi və saçların möhkəmlənməsinə cavabdehdir. Adının siqaretlə heç bir əlaqəsi yoxdur. Onun sayəsində saçlar nəmlənir, saç kökləri möhkəmlənir, qan dövranı yaxşılaşır və nəticədə saçların uzanması güclənir. Bu maddə ilə aparılan kursu sona qədər keçən insanlar, 1 ayda saçların 4 sm artmasını deyirlər. Nikotin turşusu apteklərdə satılır.
İstifadəsi: 30 gün ərzində nikotin turşulu ampulaları (gündə 1 ədəd) saçların dibinə sürtmək lazımdır. Sonradan 3-6 ay ara vermək məsləhətdir.
2 - ci üsul.
Bu siyahıda xardal maskası da ön sıralardadır. Xardal dərini isidərək, "yandıran" hiss yaradır və saç soğanağına qan axınını təmin edir.
İstifadəsi: xardal tozu su ilə qarışdırılıb, saç diqbərinə sürtülüb, duş papağı ilə bağlanıb, saçda 15 dəqiqədən 40 dəqiqəyə qədər saxlanıla bilir. Bu maskaya həmçinin yumurta sarısı və yağ əlavə etmək olar. Bu maskanı həftədə 1-2 dəfə olmaqla, bir ay ərzində etmək lazımdır. Sonradan 6 ay ara vermək məsləhət görülür.
3 - cü üsul.
Zeytun və gənəgərçək yağı(kastorka) saç ların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamiya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.
4 - cü üsul.
Uzun saçlar istəyirsinizsə, o zaman rasionunuza bu vitaminləri əlavə edin:
- B qrup vitaminləri(B3, B5, B6) saçların sağlamlığı üçün əvəzolunmazdır.
- Biotin - onun azlığı saç tökülməsinə səbəb olur.
- İnozit maddəsi saçların inkişafı üçün mütləqdir. Buğda, qoz, portağal və yemişin tərkibində vardır.
- C vitamini baş dərisinin qan dövranını yaxşıılaşdırır və saç folikuluna kömək edir.
- E vitamini baş dərisinin oksigenlə zənginləşməsinə, qan dövranının güclənməsinə səbəb olur.
- Sink, saçların uzanmasına səbəb olur və immun qorumanı təmin edir.
5 - ci üsul.
Baş dərisinə də detoks lazımdır. Trixoloqların fikirlərinə əsasən, baş dərisində toksinlərin yığılması və oksigen çatışmazlığı nəticəsində, dəri atonik və cansız olur. Bu səbəbdən, soğanaqların kövrəkliyi artır və onlar sağlam saç istehsal edə bilmirlər. Toksinləri çıxaran, folikulları qoruyan və stimullaşdıran məhsulları istifadə etməniz məsləhət görülür. Bir çox mərkəzlərdə "baş dərisini detoksı"xidməti təklif olunur. Ev şəraitində isə bunu yalnız detoks- şampununu istifadə etməklə edə bilərsiniz.
6 - üsul.
Saçların uzanması üçün enerji tələb olunur. Saç folikkulları isə bu enerjini orqanizmdən aldığına görə, uzun və sağlam saçlara sahib olmaq istəyənlər balanslaşdırılmış qida rasionuna fikir verməlidirlə. Bu qida rasionunun əsasını isə zülal təşkil edir. Bu o deməkdir ki, gündəlik qida rasionunuza: ət, balıq, yumurta, yoqurt, süd və qoz daxil olunmalıdır.
7 - ci üsul.
Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.
8 - ci üsul.
Saçları yuduqda, baş dərisini bir neçə dəqiqə masaj etmək məsləhət görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.
9 - cu üsul.
Saçların ən aşkar uzdılma üsulu, onları 7-8 ay ərzində kəsməməkdir. Lakin, o qədər də rahat üsul deyil. Belə ki bu müddət saçlara olan baxım 2 dəfə artıq olmalıdır. Bu aylar ərzində mütləq olaraq, maskalar, yuylduqdan sonra sürtülən qoruyucu və qidalandırıcı sprey və kremlədən istifadə etmək lazımdır. Bu üsulla siz, həm saçların uzanmasını aşkar görəcəksini, həmçinin maskalar və digər vasitlərlə saçlarınıza qulluq etməklə onlara sağlam və gözəl görkəm verəcəksiniz.
10 - cu üsul.
Beləlilkə son üsul da həmçinin baş dərisi ilə əlaqəlidir. Artıq məlum olduğu kimi baş dərisi üçün yaxşı qan dövranı lazım olduğundan, baş dərisi isə öz növbəsində folikkulara bir başa təsir etdiyindən, daxilə qəbul etdiyiniz məhsullardan əlavə xarici təsiri olan vasitələrə də əl atmaq olar. Belə ki, kosmetik vasitələrdən sayılan ampulalara diqqət yetirin. Bunlardan nanə və ya çay ağacı cövhəri çox məsləhət görülür. Bundan əlavə saç inkişafını stimullaşdıran şampunlar, baş dərisinin pilinqi üçün istifadə olunan skrablar da öz nəticəsini göstərmiş olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



