Dünyanın üç ən varlı qadını

Çin dünyada ən varlı qadınlar siyahısında ilk üç yeri zəbt edib. SİA-nın "Faynəşnl tayms" qəzetinə istinadən verdiyi xəbərə görə, hazırda dünyada 20 ən varlı qadının 11-i çinlidir. Qəzet yazır: "Dünyanın heç bir ölkəsi qadınların şəxsi kapitalının məbləğinə görə Çinlə rəqabət apara bilməz". Planetin 3 ən varlı qadını da çinlidir. Birinci yeri 5,6 milyard dollar kapitalı olan 53 yaşlı Çjan İn, ikinci yeri 4,1 milyard dollar kapitalı olan U Yatszyun, üçüncü yeri isə 4 milyard dollar kapitalla Çen Lixua tuturlar.

Dünyanın ən varlı 20 qadını siyahısına daxil olan 11 çinli qadının varidatının orta məbləği 2,6 milyard dollardır.

Dördüncü mövqedə ispan Rozaliya Mera yer alıb. O, "Zara" mağazalar şəbəkəsinin sahibidir və varidatı 3,5 milyard dollara çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə