2017-ci ildə dünyada 58 jurnalist öldürülüb. Onlardan iki nəfəri Rusiya vətəndaşı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, öldürülən jurnalistlərdən yalnız 10 ilə bağlı istintaq işi açılıb.
Məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyası jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün qanun layihəsi hazırlayaraq BMT-yə daxil olan ölkələrə dəstək üçün müraciət edib.
Həmçinin bildirilir ki, təşkilat qadın jurnalistlərinə qarşı zorakılıq halları ilə bağlı böyük araşdırmaya başlayıb.
Araşdırmalar zamanı məlum olub ki, qadın jurnalistləri iş zamanı tez-tez cinsi və psixoloji zorakılığıa məruz qalırlar.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB