Mədə ağrısından şikayət edən qadının bağırsağından metal tutacaq tapılıb

Mədə ağrısından şikayət edən qadının bağırsağından metal tutacaq tapılıb

Türkiyənin Van şəhərində qəribə hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mədə ağrısı şikayəti ilə xəstəxanaya gedən qadının bağırsağından 10 sm uzunluğunda tutacaq çıxıb. Belə ki, ehtiyatsızlıqdan metal tutacağı udan qadın bir gün sonra şiddətli mədə ağrısı şikayəti ilə İpək Yolu Dövlət Xəstəxanasına gedib.

 

Müayinə edilən qadının mədəsində 10 sm uzunluğunda metal bir cisim aşkar edilib. Həkimlər tutacağın təbii yollarla bədəndən xaric olmasını qərara alıblar. Lakin mədədən qalın bağırsağa düşən cisimin təbii yollarla bədəndən çaxmayacağını görən həkimlər xəstəni dərhal əməliyyat edilməsinə qərar veriblər.

 

Təxminən 40 dəqiqə davam edən əməliyyatdan sonra tutacaq bağırsaqdan çıxarılıb. Həkimlərin bildirdiyinə görə, əməliyyat uğurla keçib və hazırda xəstənin vəziyyəti yaxşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə