Adı Məhəmməd olduğu üçün işdən qovulub

Adı Məhəmməd olduğu üçün işdən qovulub

Fransada bir şirkət Məhəmməd adlı gənci işdən qovub. SİA-nın məlumatına görə, Məhəmməd telefonda müştərilərə adı ilə özünü tanıtmaq istəyincə şirkətdən qovulub.

 

Şirkətin səlahiyyətlisi: "Məhəmməd adı məşhur bir ad deyil, telefonda müştərilərimizə özünü Aleksandr kimi tanıdacaqsan", təlimatını verib.

 

Təlimata etiraz edən Məhəmmədin müdiri dərhal işi tərk etməsini tələb edib.

 

Fransanın ən yüksək səviyyəli liseyində təhsil alan Məhəmməd işlədiyi şirkətdən qovulunca, firmanı ayrı- seçkilik etdiyi üçün məhkəməyə verib.

 

Qeyd edək ki, dondurulmuş qida məhsulları satan fransız şirkət hadisə haqqında açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə