Mini ətək geyindiyi üçün universitetdən qovulan qız məhkəmədə qalib gəldi

Mini ətək geyindiyi üçün universitetdən qovulan qız məhkəmədə qalib gəldi

Braziliyada mini ətək geyindiyinə görə universitetdən qovulan qız məhkəmədə qalib gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarına görə, universitet ali məktəbdən çıxarılan qıza 23 min 600 dollar məbləğində təzminat ödəyəcək. San-Paolo şəhərindəki Bandeirante Universitetinin turizm fakültəsinin tələbəsi olan Qeysi Arrudanın vəkili isə təzminatın məbləğindən narazı olduqlarını bildirib.

 

Vəkil təzminatın miqdarının artırılması üçün növbəti məhkəmə instansiyasına müraciət edəcəklərini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə