ABŞ-ın bu gün tutduğu mövqe və yeri dollarda həkk olunub

ABŞ-ın bu gün tutduğu mövqe və yeri dollarda həkk olunub

Bir dollarlıq əskinasın üzərində tikintisi bitməmiş bir ehram (piramida), 13 rəqəmi, bir qanadı ilə zeytun budağı, digər qanadı ilə oxlar tutan Amerika qartalı və göz bir çox əfsanələrin yaranmasına səbəb olub.

Tikintisi tamamlanmamış Ehram (piramida)

İnşa edilməkdə olan nəhəng bir tikili. Ehram özü zatən mütləq gücün simvoludur. kosmosa açılan qapıdır. Amerikanın həmişə tikiləcəyi və inkişaf edəcəyi mənasını verir.

13 rəqəmi

Tikintisi bitməmiş ehramın girişindəki pilləkənlərin sayıdır. Amerikanın o dövrlərdəki ibarət olduğu koloniyaların sayı və eyni zamanda ölkəni idarə edən 13 varlı ailənin də simvolu olduğu düşünülür.

Ox və Zeytun budağı tutan qartal

Amerikanın dünyaya bir mesaji kimi qiymətləndirilir: Sülh istəyirik amma lazım gələrsə vuruşmağa da hazırıq. Qartal isə sürətin və çevikliyin simvoludur. ABŞ-da iki böyük möhürdən istifadə olunur. Möhürlərdən birində müharibə vaxtı qartal oxlara baxır, digər möhürdə isə sülh zamanı qartal zeytun budağına baxır.

Annuit coeptis

Gözün üzərində və qartalın qalxanında yazılmış iki sözlük bir cümlə. Latıncadan tərcüməsi: "O (Tanrı) bizi (etdiklərimizi) təqdir edir" mənasına gəlir.

Təpədəki göz

Ehramın təpəsində yer alan göz "hər şeyi görən" mənasını verir. ABŞ-ın bu günümüzdə tutduğu mövqeyi və yeri bildirir. 1776-cı ildə düşünülməsi tarixçiləri heyrətə salır. Sanki bir zamanlar Amerikanın dünyanın hegemon dövlətinə çevriləcəyini bu dövləti 200 il bundan öncə qurmuş şəxslər bilirmişlər.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə