Şotland alimlər: C və E vitaminləri ömrü qısalda bilər

Şotland alimlər:  C və E vitaminləri ömrü qısalda bilər

Şotlandiyanın Qlazqo Universitetinin mütəxəssisləri təsdiq edirlər ki, C və E vitaminlərinin yüksək dozası sağlamlığa ziyan vura və ömrü qısalda bilər. İnsan orqanizminin C vitamini hasil etmədiyi nəzərə alınarsa, orqanizm hüceyrələrinin normal fəaliyyəti üçün gün ərzində bu vitamindən 40 milliqram qəbul etmək lazımdır. E vitamini hüceyrənin strukturunu qoruyub saxlayır, ona olan gündəlik tələbat qadınlar üçün 3 milliqram, kişilər üçün 4 milliqram təşkil edir.

Lakin həblərdə və əlavələrdə vitaminlərin miqdarının faizi düzgün göstərilmir və göstərilən məlumatdan 100 dəfə çox ola bilər. Həmin universitetin professoru Kolin Selman deyir: “Əlbəttə, vitaminlər sərbəst radikallara təsir edərək orqanizmin qocalmaya qarşı mübarizə aparmasına kömək edir. Lakin vitamin çatışmazlığını qida ilə aradan qaldırmaq daha təhlükəsizdir. Rəngarəng rasion sağlamlığın əsasıdır”.

B3 vitamini, yaxud nikotin turşusu – canlı hüceyrələrin bir çox oksidləşmə reaksiyalarında iştirak edən vitamin tam təhlükəsizdir. Böyüklərin ona gündəlik tələbatı 15-20 milliqramdır. Bununla yanaşı, eksperimentlər göstərmişdir ki, niasin immuniteti min dəfə gücləndirir, bu zaman orqanizmin müdafiə funksiyaları o qədər artır ki, o, qızılı stafilokokdan və digər ciddi viruslardan təbii müdafiə qazanır. Alimlər əmindirlər ki, çox yüksək dozalarda bu vitamin hətta immun çatışmazlığı virusunun inkişafının qarşısını almağa qadirdir. Niasin həm də təhlükəsizdir.

Hələ 50-ci illərin sonunda tədqiqatçı-alim L.Ron Habbard (dianetikanın və sayentologiyanın banisi və müəllifi) müəyyən etmişdi ki, vitamin B3 toksinlərin insan orqanizmindən çıxmasına kömək göstərir. O, həmçinin sübut etmişdi ki, bu vitamin hətta ən böyük dozalarda (gündə bir neçə min milliqram) tamamilə təhlükəsizdir. Bundan əlavə, artıq 45 ildən çoxdur ki, niasindən orqanizmin detoksikasiyası vasitəsi kimi istifadə olunur. 2002-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktının baş verdiyi ərazidə çalışmış yanğınsöndürənlər və xilasedicilər Ron Habbardın yuxarıda göstərilən ixtiralarına əsaslanan detoksikasiya proqramı keçmişlər. Daha sonra Meksika körfəzinə neft axını zamanı nefti yığıb çirklənmiş çimərlikləri təmizləməyə kömək göstərmiş könüllülər və xilasedicilər də bu proqramı keçmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə