Psixoloqlar əmək fəaliyyəti prosesində fərdin davranışını tədqiq edərək maraqlı nəticələr çıxarıblar. Onlar müəyyənləşdiriblər ki, işdə çox vaxt keçirən, fəaliyyətinə qarşı daha yüksək tələblərlə yüklənmiş insanlar depressiv vəziyyətə daha çox məruz qalırlar.
Kioto ictimai sağlamlıq məktəbinin alimləri – doktor Takasaxi Amaqasa və doktor Takeo Nakayama məsələni dərindən araşdırıblar. Onların tədqiqat fəaliyyətinin əsas məqsədi məhz işləyən əhali arasında artmış depressiya hallarına qarşı mübarizə aparılmasıdır.
Beləliklə, iki faktor mövcuddur: işə sərf olunan vaxtın həcmi və işçiyə qarşı tələblər. Alimlər ofis mühitində depressiv vəziyyətlərdən qaçmaq üçün ilk növbədə bu amilləri nəzərə almağı təklif edirlər. Kioto tədqiqatçılarının araşdırmalarının əsasını 200-dən çox yaponun əmək fəaliyyəti prosesində meydana çıxan stress faktorlarının öyrənilməsi nəticələri təşkil edir.
Həftə ərzində vaxtının 60 faizindən çoxunu öz peşə fəaliyyətinə həsr edən əməkçilər “çox işləyən personal” hesab olunur. Belə vəziyyət üstəgəl işdəki gərginlik depressiyaya gətirib çıxarır. Özü də əgər söhbət məhz yuxarıda göstərilən amillərin birləşməsindən gedirsə, depressiv vəziyyətin yaranması ilə bağlı risk dərəcəsi 15 dəfə artır.
Alimlərin mülahizələri heç də əsassız deyildir. Müşahidələrlə yanaşı onlar könüllülərlə aparılmış araşdırmalardan illərcə sonra keçirilmiş rəy sorğularına əsaslanır. Müəyyən olunub ki, depressiyalar üst-üstə yığılıb xəstəliklər yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB