Windows XP işlədənlərə ən son zərbə

Windows XP işlədənlərə ən son zərbə
Microsoft şirkəti bir daha ümidləri yerlə-yeksan etdi. Belə ki, yeni İnternet Explorer 9-u Windows XP də olmayacaq. SİA-nın məlumatına görə, şirkətin məsul şəxslərindən Ryan Gavinin verdiyi məlumatda IE9-un Windows XP üçün çixamayacağını bildirib. Onu da qeyd edək ki, son vaxtlar diqqətini Windows 7-yə verən şirkət Internet Explorer 9 da buna əsasən hazırlamağı düşünüblar. Lakin köhnə Windows XP nin İneternet Explorer 9 dəstəkləməməsi bir çox istifadəçini məus edib. Belə ki pirat disklərlərin satışı şirkətə olduqca ziyan verir. Bu hadisədən sonra şirkətdə istifadəçı azlığının yaşanacağını söyləyənlər də var. Onu da qeyd edək ki, artıq istifadəçilərin bir qismi Chrome və Firefox proqramlarından istifadə etməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə