Catel şirkətinin abunəçiləri ödənişləri internetdən həyata keçirə biləcəklər

Azərbaycanın CDMA-operatoru Catel şirkəti abunəçilərinin rahatlığının təmin olunması məqsədilə təqdim olunan xidmətlərin onlayn rejimdə ödəmə sisteminin tətbiq olunması haqqında elan edib. SİA-nın məlumatına görə, onlayn-ödəmə imkanını Silverkey Azerbaijan (Golden Pay ödəmə sisteminin operatoru) şirkəti ilə birgə istifadəyə vermiş Catel şirkətinin abunəçiləri bundan sonra kredit kartları vasitəsilə bütün lazımi ödənişləri internetdən həyata keçirə biləcəklər.

Qeyd etmək lazımdır ki, xidmətlərin ödənilməsi üzrə əməliyyatlar həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin portalında, "Onlayn-ödəmə" bölməsi vasitəsi ilə yerinə yetirmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə