Dünyada tosqun adamların sayı sürətlə artır. Əvvəllər belə hesab edirdilər ki, hər şey oturaq həyat tərzi ilə əlaqədardır. Şotland alimlərinin fikrincə, təqsirkar ərzaq məhsullarıdır.
Tədqiqat göstərir ki, son 25 ildə fiziki fəallığın səviyyəsi, demək olar ki, dəyişməyib. Lakin piylənmədən əziyyət çəkən insanların sayı, təəssüf ki, durmadan artır. Son dörd əsrdə qidadan alınan enerjinin miqdarı artıb və 3500 kilokaloriyə çatıb.
Mütəxəssislər belə nəticəyə gəliblər ki, insanlar öz gündəlik qida rasionlarını dəyişməlidirlər. Qəlyanaltılara və yarımfabrikatlara deyil, sağlam qidalanmaya üstünlük vermək, fəal həyat tərzi keçirmək, idmanla məşğul olmaq lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB