Xakerlər hər həftə təqribən 57 000 zərərli saxta saytlar yaradırlar

Xakerlər hər həftə təqribən 57 000 zərərli saxta saytlar yaradırlar

PandaLabs antivirus laboratoriyasının tədqiqatlarının nəticələrinə əsasən xakerlər hər həftə Qlobal şəbəkədə təqribən 57 000 zərərli saxta saytlar yaradırlar.

SİA-nın məlumatına görə, mütəxəssislər bildirirlər ki, onlar zərərli saxta saytları populyar brendlərin adlarından istifadə edərək yaradıblar.

Qeyd edək ki, xakerlərin hücumuna ən çox eBay и Western Union brendləri məruz qalıb. İlk onluğa daxil olan brendlər isə bunlardır:

1. eBay - 23.21%; 2. Western Union - 21.15%; 3. Visa - 9.51 %; 4. United Services Automobile Association - 6.85 %; 5. HSBC - 5.98 %; 6. Amazon - 2.42 %; 7. Bank of America - 2.29 %; 8. PayPal - 1.77 % ; 9. Internal Revenue Service - 1.69 %; 10. Bendigo Bank - 1.38 %.

Bütün xəbərlər Facebook səhifəmizdə