Google TV televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək
Google TV televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bu barədə Google korporasiyasının rəhbəri Erik Şmidt bəyan edib.
Servisin dünya üzrə istifadəyə verilməsi 2011-ci il üçün nəzərdə tutulub. Google TV istifadəçilər üçün pulsuz olacaq.
Bildirilir ki, Google aparıcı elektronika və kontent istehsalçıları ilə əməkdaşlıq edir. Google teleservisinin ilk tərəfdaşları kimi Yaponiyanın Sony və İsveçrənin Logistech şirkətlərinin çıxış etdiyi bildirilirdi. Həmçinin yeni servisin dəstəklənməsində öz marağı barədə Samsung şirkəti də elan edib.
2010-cu ilin may ayında təqdim edilmiş Google TV platformasının istifadəçilərə televizor vasitəsilə internet-videoya baxmaq, eləcə də Şəbəkədə işləmək imkanı verəcəyi planlaşdırılır. Bəzi televizor modellərinin birbaşa yeni servisi dəstəkləyəcəyi gözlənilir. Digər modellər üçün xüsusi qurğu əldə etmək lazım olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB