Çilidə 28 gün əvvəl mədən qəzasından sonra həyatda qalmağı bacaran 33 mədən işçisi eyni zamanda torpaq altında qalma zamanına görə, rekord əldə edib. SİA-nın məlumatına görə, 700 metr dərinlikdə olan mədən işçilərinin xilas edilməsi üçün işlər davam etdirilir.

 

Daha əvvəllər bu cür qəzalardan sonra torpaq altında ən çox qalanların siyahısı isə aşağıdakı kimidir:

 

25 gün: 3 çinli mədən işçisi suyun basdığı bir mədəndə 25 gün torpaq altında qalmağı bacarmış, 13 İyul 2009-cu ildə xilas edilmişdi. Qəzadan sonra 13 yoldaşını itirən 3 mədən işçisi daşlardan axan suyu içmiş və kömür parçaları ilə qidalanmışdı.

 

14 gün: Avstraliyadakı Beakonsfilddə bir qızıl mədənində, yerin 1 kilometr dərinliyində 14 gün qalan 2 nəfər 9 May 2006-cı ildə xilas edilmişdi. 5 gün mədənin qayalarından axan sudan içən mədənçilərə bir boru vasitəsilə su və yemək göndərilmişdi.

 

8 gün: Çinin şimal-şərqindəki Vanjialinqdə bir mədənin su basması nəticəsində torpaq altında qalan 115 mədən işçisi 8 gün sonra, 5 Aprel 2010-cu ildə xilas edilmişdi.

 

5 gün: Polşalı bir mədənçi Halembadakı mədəndəki dağıntı nəticəsində 5 gün torpaq altında qalmış, 22 Fevral 2006-cı ildə oradan çıxarılmışdı.

 

5 gün: Çində bir mədəndə yer altında qalan 8 çinli kömür tozu yeyərək həyatda qalmış, 5 Avqust 2008-ci ildə xilas edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...