Diqqət: Zəncəfil əzələ ağrılarını aradan qaldırır

Diqqət: Zəncəfil əzələ ağrılarını aradan qaldırır

ABŞ-ın Corcia Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, zəncəfil güclü fiziki gərginlikdən sonra əzələ ağrılarını aradan qaldırır.

Əsrlər boyu zəncəfil kökündən müxtəlif ağrıları götürmək üçün istifadə olunub. Bundan əlavə, siçanlar üzərində aparılan tədqiqatlar göstərmişdir ki, zəncəfilin iltihaba təsir göstərən xassələri də vardır.

Hər gün çiy zəncəfil qəbul etməklə, fiziki hərəkətlərdən sonra əzələ ağrılarını 25 faiz azaltmaq olar. Dəmlənmiş zəncəfil belə təsir göstərmir.

Bütün xəbərlər Facebook səhifəmizdə