Pişik və itlər üçün sığınacaq

Pişik və itlər üçün sığınacaq

İstanbul son 7 ilin ən soyuq qışını yaşayır. Şəhərin bəzi yerlərinə 65 sm qalınlığında qar yağıb, aviareyslər təxirə salınıb. Soyuqdan ən çox əziyyət çəkənlərsə sahibsiz itlər və pişiklərdir. İstiPress-in məlumatına görə, şəhərdəki dükan sahibləri arasında obyektlərinin qapılarını zavallı heyvanlara açanlar, onları isidənlər və yemləyənlər az deyil.

Dəftərxana ləvazimatları dükanının sahibi Səlcuq Bayal da belə şəfqətli insanlardan biridir. O, dükanında 8-10 pişiyə sığınacaq verib. "Allahın yaratdığı, bizə əmanət etdiyi məsum heyvanlardır bunlar. Havalar çox soyuqdur. Donmasınlar deyə qapını onlara açdım. Narazı müştərilər də var. Ona görə vitrinə "Pişiklərdən narahat olanlar alış-veriş etməsinlər" yazdım", - S.Bayal söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə