Alimlər: Soyuq iqlim quşları “ağıllanmağa” məcbur edir

Alimlər: Soyuq iqlim quşları “ağıllanmağa” məcbur edir

Beynəlxalq tədqiqat qrupu bu qənaətə gəlib ki, olduqca çətin iqlim şəraiti quşlarda beyin həcminin artmasına gətirib çıxarır. Ecoportal.su saytı xəbər verir ki, beyinin qeyri-proporsional inkişafının səbəbləri bəzi qrup canlılarda, məsələn, insanda hələ tam aydın deyil. Bununla yanaşı, alimlər bildirirlər ki, sosial həyat tərzi, irsiyyət və iqlim şəraiti beyinin inkişafına gətirib çıxaran amillərdir.

Bu fərziyyəni yoxlamaq üçün alimlər ən müxtəlif iqlim şəraitində və bütün qitələrdə yaşayan 4744 quşun beyin həcminə və bədən ölçüsünə dair məlumatları təhlil ediblər. Tədqiqatlar nəticəsində məlum olub ki, yumşaq iqlim sahələrində yaşayan quşlarla müqayisədə soyuq iqlim şəraitində yaşayan və yem tapmaqda korluq çəkən quşların beyni daha böyük olur.

Bütün xəbərlər Facebook səhifəmizdə