Məlumata görə ABŞ-ın Scripps Araşdırma İnstitutunun elm adamları tütün asılılığını önləyən peyvənd inkişaf etdiriblər. Bu peyvəndə immunitet sistemini hərəkətə keçirib anticisimlərin istehsalını təmin edən maddələr olduğu bildirilir.
Peyvəndin inkişafında məqsəd bədənin nikotini xarici və zərərli bir maddə olaraq tanımasını təmin etməkdir. Bu baxımdan elm adamları bildiriblər ki, hazırlanan peyvənd immunitet sisteminin xarici və zərərli olaraq qəbul etdiyi maddəyə reaksiya göstərərək nikotin molekullarının yayılmasını və beyinə çatmasını önləyir. Məlumatda oda bildirilir ki, bu peyvənd başqa asılılıqlarla mübarizədə təsirli ola bilər. Tədqiqat nəticələri "Journal of Medicinal Chemistry" jurnalında dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB