Hindistanda dəhşətli hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə,16 yaşlı qız fırlanan karuselin yanında dayanaraq "selfie" çəkmək istəyərkən inanılmaz qəza yaşanıb. Belə ki, poza verməyə çalışarkən karuselə çox yaxınlaşan gənc qızın saçları əyləncə vasitəsinə ilişib.
Saçları fırlanan karuselə dolanan qızın saç teli ilə birlikdə baş dərisi də yerindən qopub. Hadisə ani baş verdiyi üçün işçilər vəziyyəti görüb, karuseli dayandırmaq istəsələr də, dəhşətli an baş vermişdi.
Qeyd edək ki, üzü qan içində olan qız dostları tərəfindən xəstəxanaya çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB