"Samsung"a 17 milyardlıq zərbə

Cənubi Koreyanın ən böyük şirkəti "Samsung" külli miqdarda ziyanla üzləşib. SİA-nın məlumatına görə, bir müddət öncə "Galaxy Note 7" telefonlarının batereyalarında alışma və partlama kimi halların aşkarlanmasından sonra şirkət sözügedən mobil rabitə vasitələrinin bütün dünyada satışının dayandırılmasına qərar vermişdi. "Samsung" sözügedən telefonları sentyabr ayında geri çağırmış və daha sonra problemin araşdırılaraq həll edildiyini açıqlamışdı. Ancaq yenə də "Galaxy Note 7" telefonlarının batereyalarında problem olduğu bildirilir. Bu, şirkətin hissə sənədlərinin sürətli şəkildə ucuzlaşmasına səbəb olub. Çərşənbə axşamı "Samsung"un hissə sənədləri sərt şəkildə ucuzlaşıb və qurum 17 milyard dollar itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə