Uşaqlı ailələrdən fərqli olaraq, uşaqsıza ailələrdə ər və yaxud arvad bir-birlərinə daha çox dəyər verdiyindən ailə münasibətlərindən məmnundurlar. Evli cütlüklərin çoxu ilk övladlarının dünyaya gəldiyi günü həyatlarının ən xoşbəxt günü kimi xatırlayırlar. Belə ki, dünya alimlərinin elmi araşdırmalarının nəticələri isə məhz uşaqsız nikahların daha xoşbəxt olduğunu deyir. Britaniya universitetinin keçirdiyi sorğu göstərib ki, uşağı olmayan kişi və qadınlar özlərini nikahda daha yaxşı hiss edirlər, uşaqlı ailələrdən fərqli olaraq ər və yaxud arvad bir-birlərinə daha çox dəyər verdiyindən ailə münasibətlərindən məmnundurlar. Psixoloqların və sosioloqların suallarını 5000-dən çox insan cavablandırıb. Valideyn olanlardan fərqli olaraq, uşaqsızlar bir qayda olaraq öz nikahlarını yüksək qiymətləndiriblər.
Övladsız cütlüklər bir-birlərinə daha çox vaxt ayırmağa, daha çox danışmağa, eşitməyə, birlikdə gəzməyə hazırdırlar. Anaların və ataların isə sadəcə buna vaxtları çatmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB