Yeni dəbə minən pəhriz növləri dişləri xarab edir, ağızdan pis iy gəlir. Bu gün dünyada meyvə şirəsi və ya çiy qida ilə pəhrizlər daha çox yayılıb. Orqanizmdə bu cür məhdudiyyətlər insan üçün təhlükəlidir. Milli.az Rusiya mətbuatına istinadən bildirir ki, bu cür pəhriz növləri Hollivudda daha çox populyardır. Selma Hayek və Keyt Hadson kimi məşhurlar bu cür pəhrizlərdən istifadə edirlər. London stomatologiya klinikasının direktoru, doktor Patel bildirir ki, bu cür pəhrizlər dişlərə qarşısıalınmaz ziyan vurur. Yalnız meyvə şirələrindən ibarət olan rasion orqanizmdə insulinin miqdarını pik həddinə çatdıra bilər. Bu da zamanla kollagenlərin strukturunu dəyişir. Məhz kollagenlərin strukturu damaq sağlamlığı üçün cavabdehdir. Alimlər bu cür pəhriz növləri ilə orqanizmi sınaqdan keçirməyi tövsiyə etmirlər. Konservləşdirilmiş meyvə şirələrindənsə təzə meyvələr yeməyi tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB