Kələm ən faydalı tərəvəzlərdən biridir. Kələm C vitamini ilə xüsusilə zəngindir. Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur. C vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştahanı artırır. C vitamini həmçinin təbii antioksidantdır. O, orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır. Bundan əlavə kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir. Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir. Təzə kələm qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Kələm orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Kələm yodla xüsusilə zəngindir. Bu mikroelement beynin və qalxanvari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB