İnsanlar özlərini neçə yaşda xoşbəxt hiss edirlər?

İnsanlar özlərini neçə yaşda xoşbəxt hiss edirlər?

İngiltərədə bir araşdırma şirkətinin apardığı sorğuya görə, insanların özlərini ən xoşbəxt hiss etdiyi dövr 34 yaşdır. Sorğu iştirakçıları cavablarının səbəbini belə açıqlayıblar: "Bu yaşda insan həyatdan zövq almağa yetəcək qədər iqtisadi müstəqilliyə qovuşur".

Şirkətin 40 yaşını keçmiş 2 min nəfər arasında apardığı sorğunun nəticəsinə görə, yaş 34 olduqda insan xoşbəxtliyin pik həddini yaşayır. Respondentlərin bir qismi məhz bu yaşda ailə qurduqlarını, karyeralarında istədikləri zirvəyə yüksəldiklərini və həyatdan zövq almağa yetəcək qədər iqtisadi müstəqilliyə qovuşduqlarını bildiriblər. 20-25 yaşlarında daha xoşbəxt olduqlarını deyənlər isə, bunun səbəbini belə izah ediblər: "Bu yaşlarda daha müstəqil və daha sosial idik".

Sorğu iştirakçılarının 47 faizi həyatlarının ümumilikdə xoşbəxt keçdiyini, 43 faizi isə həyatlarında xoşbəxtliyin və çətinliyin eyni dərəcədə olduğunu etiraf ediblər. Respondentlərin yalnız 10 faizi həyatlarının əsasən bədbin notlarda keçdiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə