Bir neçə il bundan əvvəl Leichesterdə bir maşın dayanacağında aparılan qazıntı işləri zamanı İngiltərənin əfsanəvi kralı III Riçardın cəsədinin qalıqları tapılmışdı. Cəsəd üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Riçard onurğa əyriliyi xəstəliyindən əziyyət çəkirmiş. Üstəlik kral qeyri-adi həyat tərzi ilə də hər kəsdən fərqlənirmiş. Belə ki, Riçard 1483-cü ildə taxta çıxdıqdan sonra hər gün təxminən 3 litr şərab içir və ekzotik quşların əti ilə qidalanırmış.
Kralın sümükləri və dişləri üzərində araşdırma aparan həkimlər onun çox zəngin bir yemək menyüsü ilə qidalandığını, tez-tez qu quşu və durna əti yediyini deyiblər. İngiltərədə su qaynaqları təmiz olmadığı zamanlarda insanlar su yerinə pivə içirmiş. Həmin dövrlərdə Riçard da su yerinə şərab içərək susuzluğunu yatırırmış.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB