Vücudumuzun düşməni olan xolesterol heç bir meyvədə yoxdur! Meyvələrin tərkibində təbii şəkər var. Nə qədər çox meyvə yeyəriksə beynimizdəki sinir hüceyrələri də o qədər inkişaf edər. Meyvələr vitamin və mineral baxımından çox zəngindirlər. Meyvələrin kalorisi azdır və bu səbəbdən kökəltmirlər. Tabloid.az meyvələrin faydaları və kalorisini təqdim edir:
Gilas
100 qr gilas = 70 kalori
Gilas güclü ağrıkəsicidir, 20 qram gilasda 12-25 mq antosiyanin maddəsinin olması onun ağrıkəsici təsirinin aspirindən on qat daha çox olduğunu aşkar etmişdir.
Gilasın faydaları:
Xolesterolu və qan şəkərini aşağı salır;
Qəbizliyi aradan qaldırır;
Nikotinin vücuddan atılmasına kömək edir;
Öddəki daşların tökülməsinə kömək edər;
Üzdəki sızanaqları aparır.
Üzüm
100 qr üzüm = 65 kalori
Üzüm ürək döyüntüsünü normaya salır;
Qaraciyəri təmizləyir;
Qara üzüm qabığı və çəyirdəkləri ilə birlikdə yeyilərsə hüceyrələri yeniləyər;
Həzmi asanlaşdırır, qanyaradıcı funksiyaya malikdir;
Uşaqların inkişafı üçün çox faydalıdır;
Ancaq unutmamaq lazımdır ki, kalorisi çox olan üzümü bir gündə 15-20 ədəddən çox yemək olmaz.
Şaftalı
1 ədəd orta həcmli şaftalı = 42 kalori
Ürək xəstəliklərinə və xərçəngə qarşı qoruyucudur;
Həzm sistemini qaydaya salır, həzmi asanlaşdırır;
Böyrəklərin və öd kisəsinin düzgün işləməsini təmin edir;
Sidik gətiricidir.
Ərik
1 ədəd ərik = 15 kalori
Qan yaradıcıdır, qansızlığı aradan qaldırır;
Gözəl dəri və saç üçün faydalı təsirləri vardır;
Xüsusilə ağciyər xərçənginin qarşısını alır;
Sümük əriməsinin qarşısının alınmasında faydalıdır;
Əsəbləri sakitləşdirərək yuxu gətirir;
Qəbizlikdən əziyyət çəkən və həzm sistemində problemləri olanlar üçün faydalıdır;
Səhərlər ac qarına yeyilən ərik qurusu həzm baxımından faydalı olmaqla bərabər dəridə də canlılıq yaradır.
Əncir
1ədəd orta həcmli əncir = 37 kalori
Bağırsaqları çalışdırır;
Enerji verir;
Cinsi fəallığı artır;
Sümükləri möhkəmləndirir.
Ananas
1 qalın dilin ananas = 43kalori
Bakteriya və mikroblara qarşı faydalıdır;
Həzmi asanlaşdırır,
Yaranın tez bir zamanda sağalmasına köməklik edir.
Alma
1 ədəd balaca alma = 63kalori
Qanı və böyrəkləri təmizləyir;
Dəriyə parlaqlıq və gözəllik verir;
Soyuqdəymə və öskürəyə faydalıdır;
Xolesterolu aşağı salar;
Həzm problemlərinə kömək edir;
Baş ağrısı üçün faydalıdır;
Yüksək təzyiqi aşağı salar;
Revmatizma, yuxusuzluğa faydalıdır;
Bağırsaqlardakı mikrobların tökülməsinə kömək edir.
Banan
1 ədəd banan = 105 kalori
Ürəyə və əzələ sisteminə faydalıdır;
Yuxusuzluq problemini aradan qaldırır.
Kivi
1 ədəd kivi = 46 kalori
Bir ədəd kivi orqanizmin günlük ehtiyacı olan C vitaminini artıqlaması ilə təmin edir;
Qan şəkərinin tənzimlənməsi üçün faydalıdır;
Xərçəngin qarşısını almağa kömək edir;
Qandakı yağın miqdarını azaldır;
Astma xəstəliyinə qarşı qoruyur.
Albalı
100 qr albalı = 50 kalori
Temperaturu salır, susuzluğu aradan qaldırır;
Tünd rəngdə olan albalı açıq rəngdə olanlara nisbətən daha az kalorilidir.
Qreypfurt
1 ədəd qreypfurt = 50 kalori
Soyuqdəyməyə faydalıdır;
Diş ətinin qanamasını azaldır;
Ayaq damarlarında qan dövranını sürətləndirir;
Mədə xərçəngi riskini azaldır;
Təzyiqi tənzimləyir;
Sidik qovucu xüsusiyyəti vardır;
Yediyiniz yağlı yeməklərdən sonra içdiyiniz qreypfurt suyu həzmi yüngülləşdirir.
Portağal
1 ədəd portağal = 60 kalori
Soyuqdəymədən və qripdən qorunmağa kömək edir;
Tərkibindəki C vitamini sayəsində öskürəyi azaldır;
Ürək xəstəliyindən və iflicdən qoruyur;
Mədə xərçənginin qarşısını alır;
Təzyiqin tənzimləməsinə, qaraciyərin nizamlı işləməsinə kömək edir;
Çiyələk
100 qr = 30 kalori
Stress atmaq üçün faydalıdır, sakitləşdirici təsiri vardır;
Siqaret tüstüsünün təsirlərini azaldır. Siqaret çəkilən bir otaqda gün ərzində 2 çiyələk yeyilməsi tövsiyə edilir;
Xərçəngə yoluxma riskini azaldır;
Öd kisəsi xəstəliklərinə faydalıdır;
Yüksək temperaturu salır;
Dişlərə və diş əti üçün faydalıdır;
Dəriyə canlılıq verir.
Armud
1 ədəd balaca armud = 82 kalori
Ürək-damar xəstəliyi, yüksək təzyiqi və böyrəklərində problemləri olanlar üçün faydalıdır;
Qansızlığı və qəbizliyi aradan qaldırmağa kömək edir.
Yemiş
100 qr = 26 kalori
Qanı təmizləyir;
Antioksidant xüsusiyyəti vardır;
Narahatlıq və yuxusuzluğa faydalıdır;
Bağırsaq və dəri xərçənginə faydalıdır.
Qarpız
10 qr = 30 kalori
Böyrəyi təmizləyir;
Astma, damar tutulması, xərçəng üçün faydalıdır,
Diabet xəstələri üçün əvəzolunmazdır.
Bütün xəbərlər Facebook səhifəmizdə