Nə qədər yediyini yaz, tez arıqla

Nə qədər yediyini yaz, tez arıqla

Amerikada keçirilən bir araşdırmaya görə, "yemək gündəliyi" tutan qadınlar daha tez arıqlayır. Boğazından keçən hər loxmanı yazmaq kalori nəzarətində mühüm rol oynayır. Bu formada pəhriz saxlayan insan pəhrizinə daha sadiq olur. Araşdırma qrupundan olan Anne Mc Tiernan bildirib ki, insanlar gündəlik əvəzinə yediklərini noutbuka, telefona və ya ipad-a yazaraq yediklərini nəzarətdə saxlaya bilər. Məqalədə bildirilib ki, insanlar xüsusən də günorta yeməklərini restoranda yeməkdən qaçmalıdır. Gündə üç dəfə yemək həkimlərin əsas məsləhətidir. Hansısa yemək növbəsini adlamaq arıqlamaya ən böyük zərbədir. Bir illik araşdırma nəticəsində məlum olub ki, yediklərini yazanlar digər pəhrizə girənlərlə müqayisədə 3 kilo daha çox çəki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə